CƏBRAYILIN İŞĞALDAN AZAD OLUNMASI

    Oktyabrın 4 - ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin üçüncü ildönümüdür.Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1şəhər ( Cəbrayıl ) və 80 kənd işğaldan azad edildi.Bu münasibətlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova , Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Rəhimova və 5A sinfinin iştirakı ilə Cəbrayılın azad olunmasına həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Sonra Cəbrayılın azad olunmasına həsr olunmuş videoçarxlar nümayiş etdirildi.Şagirdlər Azərbaycana aid mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi