HƏRBİ QƏNİMƏTLƏR PARKINA EKSKURSİYA

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kimya - biologiya müəllimi Zahidə Aliyeva və 5A sinfinin iştirakı ilə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olundu. Burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020 - ci ildə 44 gün davam edən  Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında  məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi qənimətlərin bir qisminin nümayişi yer alır.Bu park Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə , Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

    Parkda gördükləri hərbi qənimətlər şagirdlərin böyük marağına səbəb olmuş , onların vətənpərvər ruhda böyüməsinə stimul olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi