Ədəbiyyat gecəsi
2016-cı il dekabr ayının 12-dən 2017-ci il yanvar ayının 12-ə kimi məktəbimizdə " Ana dili aylığı" keçirildi. Bu müddət ərzində məktəbin tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirildi. Məktəbin hər yerində ana dilinə aid hikmətli sözlər, aforizmlər nimunələri öz əksini tapırdı. Fasilələrdə məktəbdə dilimiz haqqında mahnı və şeirlər səsləndirildi.Aylığa dair tərtib edilmiş plana əsasən müəllimlərin dərsləri dinlənildi və müzakirəsi aparıldı . Sonda " Ana dilim- doğma dilim" adlı ədəbi- bədii gecə keçirildi.