QƏHRƏMANLAR UNUDULMUR

27.09.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Sədaqət Cəfərova , 7A sinfinin və kitabxana müdiri Ülkər Əhmədovanın iştirakı ilə " Qəhrəmanlar unudulmur " adlı tədbir keçirildi.Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə Ülkər Əhmədova açaraq Anım Günü , şəhidlərimiz haqqında geniş məlumat verdi.Sonra şagirdlər şəhidlərə həsr olunmuş şeir və musiqi nümunələri səsləndirdilər , videoçarxlar nümayiş etdirildi.
Tədbiri yekun sözü ilə Sədaqət Cəfərova bitirdi.Şagirdləri vətəni qorumağa hər zaman hazır olan müzəffər əsgər olmağa çağırdı.