VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ RƏSMİ ANIM TƏDBİRİ

27.09.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin həyətində Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş rəsmi anım tədbiri keçirildi.Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı.Şagirdlər əllərində şəhid şəkilləri və qərənfillərlə şəhidlərin əziz xatirəsini yad etdilər.Daha sonra şeirlər səsləndi , mahnılar ifa edildi.Məktəbin tarix müəllimi Elnurə Seyidova Anım Günü ilə bağlı çıxış etdi.