BİLİK GÜNÜ

15.09.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Bilik Günü keçirildi.Bilik Günü şəhidlərin ruhunun 1dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.Daha sonra söz məktəbin direktoru Yeganə Məhərrəmovaya verildi.Yeganə Məhərrəmova şagirdləri Bilik Günü münasibəti ilə təbrik etdi. Sonra məktəbin tarix müəllimi Günel Ümummilli Lider Heydər Əliyevin fəaliyyət illərindən söhbət açdı. Sonra söz ibtidai sinif şagirdlərinə verildi.Onlar vətən, məktəb, müəllim haqqında şeirlər səsləndirdilər. Sonda ilk zəng çalındı və şagirdlər "Məktəb illəri" mahnısının sədaları altında məktəbə daxil oldular.