PEDAQOJİ ŞURANIN İCLASI

14.09.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Pedaqoji Şura keçirildi.Şurada məktəbin direktoru Yeganə Məhərrəmova ,təlim - tərbiyə işləri üzrə direktor müavini Bahar Məmmədova , məktəbdənkənar və sinifdənxaric işləri üzrə direktor müavini Aygün Abdullayeva , məktəbin kitabxana müdiri Ülkər Əhmədova və məktəbin müəllim heyəti iştirak etdi.İclası giriş sözü ilə məktəbin direktoru Yeganə Məhərrəmova açaraq il ərzində görüləcək işlərdən , ali məktəbə daxil olmuş şagirdlərdən və məktəbin uğurlarından bəhs etdi.