PEDAQOJİ ŞURA

     25.06.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Pedaqoji şura keçirildi.Şurada məktəbin direktoru Yeganə Məhərrəmova, təlim - tərbiyə işləri üzrə direktor müavini Bahar Məmmədova , məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Aygün Abdullayeva , kitabxana müdiri Ülkər Əhmədova , psixoloq Ramilə Teymurova və məktəbin müəllim heyəti iştirak etdi.İclası giriş sözü ilə  məktəbin direktoru Yeganə Məhərrəmova açaraq il ərzində görülən işlərdən , seftifikasiyadan keçən müəllimlərdən danışdı və onları təbrik etdi.Daha sonra Bahar Məmmədova müəllimlərin gördüyü işlərin hesabatını , Aygün Abdullayeva isə il ərzində müəllim və şagirdlərin gördüyü tədbirlərin hesabatını verdi.Sonda Ülkər Əhmədova , Ramilə Teymurova il ərzində gördüyü işlərin hesabatını təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi