SON ZƏNG

14.06.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin həyətində Son zəng keçirildi.Tədbir 11A sinfinin musiqi sədaları altında atla , 11B sinfinin isə bayraqla gəlişi ilə başlandı.Sonra Azərbaycan Respublikasının Himni səsləndi və tədbiri giriş sözü ilə məktəbin direktoru Yeganə Məhərrəmova açıq elan etdi.Şagirdlərin ifasında rəqslər , musiqi nömrələri səsləndi.