UŞAQLARIN HÜQUQLARINI MÜDAFİƏ EDƏK !

08.06.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 5B sinfində Uşaq Hüquqları Konvensiyası haqqında sinif təşkilat saatı keçirildi.Sinif rəhbəri Tahirə İbrahimova Uşaq Hüquqları Konvensiyasının maddələri və prinsipləri haqqında şagirdlərə ətraflı məlumat verdi.Daha sonra mövzu ilə əlaqədar videoçarx izlənildi.Şagirdlər öz hüquqlarını söylədilər , mövzu ilə bağlı təqdimat hazırladılar.