28 MAY ƏBƏDİ MÜSTƏQİLLİYİMİZ !

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 26.05.2023 - cü il tarixində Gülşən Əliyevanın təşkilatçılığı ilə 4A sinfinin 28 May Müstəqillik Gününə həsr olunmuş tədbiri keçirildi.Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.Daha sonra Azərbacan Republikasının Dövlət Himni səsləndirildi.Tədbirin davamında şagirdlər şeirlər söylədilər.Vətənpərvərlik mövzusunda müxtəlif mahnılar oxuyub , milli rəqslərimizi nümayiş etdirdilər.Zalda əyləşən məktəblilər də onlara qoşulub böyük bir coşqu ilə "Azərbaycan" mahnısını ifa etdilər.