MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZ MÖVZUSUNDA KONFRANS

23.05.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında coğrafiya müəllimi Arifə Məmmədovun rəhbərliyi ilə Kiçik Akamemiyanın təşkil etdiyi və milli - mənəvi dəyərlərimizə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Yeganə Məhərrəmova , təlim - tərbiyə işləri üzrə direktor müavini Bahar Məmmədova , təsərrüfat işləri üzrə direktor müavini Gülnar Əliyeva ,məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Aygün Abdullayeva , kitabxana müdiri Ülkər Əhmədova , uşaq birliyi rəhbəri Məryəm Şərifova , 9A və 10A sinif şagirdləri iştirak etdilər.
Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Burada şagirdlər milli rəqslərimiz , musiqimiz , muğamlarımız və yeməklərimizdən söhbət açdılar.Sonra milli - mənəvi dəyərlərimizə həsr olunmuş videoçarx nümayiş etdirildi.Eyni zamanda milli rəqslərimiz və yeməklərimiz şagirdlər tərəfindən əyani şəkildə göstərildi.Sonda məktəbin direktoru Yeganə Məhərrəmova şagirdlərə iştirakına görə təşəkkürünü bildirdi və onlara təşəkkürnamələr təqdim etdi.