VALİDEYNLƏRLƏ GÖRÜŞ

19.05.2023 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9 , 10 , 11 -ci siniflərin valideynləri ilə görüş keçirildi.Görüşdə məktəbin direktoru Yeganə Məhərrəmova , təlim - tərbiyə işləri üzrə direktor müavini Bahar Məmmədova , məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Aygün Abdullayeva , uşaq birliyi rəhbəri Məryəm Şərifova , sinif rəhbərləri : Sadə Adıgözəlova , Sevil Vəliyeva , Xalidə Cəfərova , Elnurə Seyidova , Şəhla Ramazanova , Zahidə Aliyeva iştirak etdilər.Görüşün əsas məqsədi ixtisas seçimində valideynlərin məktəblə bərabər şagirdlərə dəstək olması , maraq dairələrinə uyğun ixtisasların seçilməsində onlara yardım etmək olmuşdur.