ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV - 100

   17.05.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında tarix müəllimi Günel Süleymanovanın rəhbərliyi , 9A sinfinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Yeganə Məhərrəmova , məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Aygün Abdullayeva , kitabxana müdiri Ülkər Əhmədova iştirak etdilər.Tədbir Ümummilli Liderin və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı.İştirakçılar Ulu Öndər haqqında məlumat verdilər  və ona aid videoçarxlar nümayiş etdirildi.Sonda məktəbin direktoru Yeganə Məhərrəmova Günel Süleymanovaya və 9A sinif şagirdlərinə öz  təşəkkürünü bildirdi ,  onlara belə tədbirlərin davamlı olmasını tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi