6A VƏ 6B SİNİFLƏRİNDƏ OXU GÜNÜ

16.05.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 6A və 6B siniflərində Oxu Günü keçirildi.6A sinfində məktəbin kitabxana müdiri Ülkər Əhmədova tərəfindən " Şəhidlərin şahidiyəm " əsəri , 6B sinfində isə Abdulla Şaiqin " Kiçik qəhrəman " əsəri mütaliə olundu.Sonra şagirdlər onlara ünvanlanan yazılı sualları cavablandırdılar.