6A SİNFİNİN F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASINDA İŞTİRAKI

14.05.2023 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 6A sinif rəhbəri Arifə Məmmədova , kitabxana müdiri Ülkər Əhmədova və 6A sinfinin iştirakı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına səyahət təşkil olundu.Şagirdlər kitabxana və onun fondu ilə yaxından tanış oldular.Buradakı şəkilli kitablar və dekorlar onların diqqətini cəlb etdi.Şagirdlər kitabxanadan maraqlı təəssüratlarla ayrıldılar.