MÜTALİƏ İLƏ BAĞLI GÖRÜŞ

Müasir dövrdə uğurlu olmaq üçün mütaliə çox önəmlidir.Mütaliə özündə " kitaba sevgi ", " oxuya maraq ", " oxuduğunu qavramaq və anlamaq " və " yaradıcı oxu "
kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği kitabxana fəaliyyətinin əsas istiqamətidir .
Bu məqsədlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova 2A sinfinin valideynləri ilə iclas keçirdi.O, ilk öncə valideynləri kitabxana ilə tanış etdi.Sonra valideynlərə övladlarının səmərəli və faydalı vaxt keçirmələri üçün onlara oxu vərdişlərinin aşılamağın önəmindən danışdı.Uşaqların bəlasına çevrilmiş müasir texnologiyaların zərərindən qurtulmağın və onların dünyagörüşünün artırılmasının ən gözəl üsulunun mütaliə olduğunu xüsusilə vurğuladı.Sonda valideynlər bu faydalı məsləhətlərə görə Ülkər Əhmədovaya öz təşəkkürünü bildirdilər.