SƏN ELƏ BİR ZİRVƏSƏN....

10.05.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında Nəzirə Nəbiyevanın təşkilatçılığı ilə 6B sinfində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq " Sən elə bir zirvəsən " adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər , musiqi nümunələri səsləndirdilər.Sonra Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirildi.Sonda məktəbin direktoru Yeganə Məhərrəmovaya söz verildi. O , şagirdlərə tədbir barəsində fikir və tövsiyələrini çatdırdı və onların hər birini təşəkkürnamə ilə təltif etdi.