UNUDULMAZ DAHİ

10 may 2023-cü il tarixində ölkə miqyasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olan olmasının 100 illiyi qeyd olunur. Qeyd olunan silsilə tədbirlər çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, Azərbaycan dili müəllimi Sevil Rəhimovanın və 7A sinfinin iştirakı ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan himninin səslənməsi ilə başlandı. Sonra Sevil Rəhimova Ümumilli Lider haqqında məlumat verdi, şagirdlər isə şeirlər, musiqi nümunələri səsləndirdilər. Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarxlar nümayiş olundu. Sonda Ülkər Əhmədova tədbirdə iştirak edən Sevil Rəhimovaya və 7A şagirdlərinə öz təşəkkürünü bildirdi, belə tədbirləri davamlı olacağını nəzərə çatdırdı.