MİLLİ QƏHRƏMAN İLQAR MİRZƏYEVİN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

08.05.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Daha sonra Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbirin davamında 9B sinif şagirdləri tərəfindən Milli Qəhrəmanın həyatını əks etdirən kompazisiya təqdim olundu və İlqar Mirzəyevə həsr olunmuş film nümayiş olundu.
Məktəblilər şeirlər söylədilər , mahnılar səsləndirdilər.Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev , YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə , şəhid atası Xalq artisti Əli Nur, Milli Qəhrəman İlqar Mirzəyevin anası , oğlu Elvin Mirzəyev , həyat yoldaşı Güllü Mirzəyeva iştirak etdi.