QƏHRƏMANIN DOĞUM GÜNÜ

08.05.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin həyətində tədbir keçirildi.Tədbir şəhid İlqar Mirzəyevin doğum günü ilə bağlı idi.Bu münasibətlə ilk öncə məktəb kollektivi , şagirdlər və müəllimlər şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni oxundu.Şagirdlər qəhrəmanlıq haqqında şeirlər söylədilər. " Cənab leytenant " mahnısını ifa etdilər. " Qələbə " musiqisinin sədaları altında bütün uşaqlar əllərindəki Azərbaycan bayrağını dalğalandırdılar.