MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜNÜN KİTABXANADA QEYD OLUNMASI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür , onun anadan olmasının 50 illik yubileyidir. Bu məqsədlə adını daşıdığı məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova , Azərbaycan dili müəllimi Sevil Rəhimova və 8B sinif şagirdlərinin iştirakı ilə Milli Qəhrəmanın doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səslənməsi ilə başlandı.Sonra şəhid haqqında videoçarx nümayiş etdirildi.Aparıcılar İlqar Mirzəyev haqqında məlumat verdilər , şagirdlər şəhidlər haqqında şeirlər səsləndirdilər və " Qələbə " mahnısına rəqs ifa etdilər.Sonda Sevil Rəhimova və Ülkər Əhmədova şagirdlərə öz təşəkkürünü bildirdilər , bundan sonra da şəhidləri hörmətlə anmağa çağırdılar.