9A SİNFİNDƏ QOHUM NİGAHLARI ZAMANI YARANAN PROBLEMLƏRİN MÜZAKİRƏSİ

20.04.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9A sinfində biologiya müəllimi Şəhla Ramazanovanın iştirakı ilə qohum nigahları zamanı yaranan problemlər mövzusunda müzakirə keçirildi.Müzakirədə iştirak edən şagirdlərə qohum nigahlar zamanı irsi xəstəliklərin üzə çıxma ehtimalının daha yüksək olması izah olundu və şagirdlərin bu mövzuda fikirləri dinlənildi.