NARKOMANLIĞA QARŞI MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ FUTBOL YARIŞI

03.05.2023 - cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019 - cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Narkotik vasitələrin , psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 - 2024 - cü illər üçün Dövlət Proqramı " nın həyata keçirilməsi üzrə uşaq və yeniyetmələrin antinarkotik dünya görüşünün formalaşdırılmağı məqsədi ilə , Yasamal rayonu ərazisində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin futbol meydançasında " 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi " Publik Hüquqi Şəxsin " Şahmat " , " Tarix - diyarşünaslıq Ekoloji mədəniyyət " , " Gənc kimyaçılar " , " Təbiət bizim evimizdir " dərnəklərinin üzvlərindən təşkil olunmuş " Zəfər " və " Dostlar " komandaları arasında futbol yarışı keçirilib.Futbol yarışının keçirilməsində məqsəd uşaqları pis vərdişlərdən uzaq tutmaq , antinarkotik dünyagörüşlərini formalaşdırmaq , onları kollektiv fəaliyyətə cəlb etmək , asudə vaxtlarını daha səmərəli keçirmək üçün şərait yaratmaqdır.Yarışda Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Ekoloji mədəniyyət uzvlərindən ibarət " Dostlar " komandası 7- 1 hesabı ilə "Zəfər " komandasına qalib gəlib və diplomla təltif olunub.