5A VƏ 5B SİNİFLƏRİNDƏ İDMANSEVƏRLƏR LAYİHƏSİNİN KEÇİRİLMƏSİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 - 29 -59 / 3 - 2 - 124 F / 2023 nömrəli əmrinə əsasən təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi , gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi , həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarının tanıdılması məqsədi ilə Bakı şəhəri ümumi təhsil müəssisələrinin 5 - 11 - ci sinif şagirdlərinin iştirakı ilə " İdmansevərlər "layihəsi həyata keçirildi.Layihəyə əsasən Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məktəbdaxili mini futbol turniri təşkil olundu.Yarışın birinci günü 5A və 5B sinifləri görüşdü.Oyun 4 - 3 hesabı ilə 5B sinfinin qalibiyyəti ilə sona çatdı.