HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ MÖVZUSUNDA REFERAT MÜSABİQƏSİ

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında " Heydər Əliyev və Azərbaycan tarixi " mövzusunda ənənəvi referat müsabiqəsi keçirildi.Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənildi.Konfransda qeyd olunub ki ,məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir.Artıq builki müsabiqədə Bakı şəhərinin 300 - dən artıq məktəbi və 2500 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib.
Bu şagirdlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Hüseynli Ziba olmuşdur.Onun " Rusiyanın Azərbaycana təcavüzü : XVIII əsrin əvvəlləri və sonları " mövzusundakı referatı qalib olmuşdur.
Komissiya tərəfindən seçilmiş referatların 60 - ı Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.