ŞAGİRDİMİZ QALİB KOMANDANIN TƏRKİBİNDƏ

01.05.2023 - cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə baş tutan " Bizim gələcək , bizimlə gələcək " adlı intellektual yarışın final mərhələsi keçirildi.
Yarışın məqsədi uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi , onların maraqlarına toxunan məsələlərdə iştirakının təmin edilməsi , sərbəst düşünmə və problem həll etmə qabiliyyətinin inkişafı , istedadlı uşaqların cəmiyyətə təqdim olunmasıdır.
Qeyd edək ki , intellektual yarışda hər komandada 5 iştirakçı olmaqla ümumilikdə 158 komanda iştirak edib.Onların arasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Ayla Səfərova da olub.
Daha sonra final mərhələsi keçirildi və qaliblər müəyyənləşdi.Şagirdimiz Ayla Səfərova da qalib komandanın tərkibində oldu.Qlib komandaya sertifikat və hədiyyələr verildi.