4A VƏ 3B SİNİFLƏRİNDƏ OXU GÜNÜ

25.04.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 4A və 3B siniflərində Oxu Günü keçirildi.4A sinfində Koroğlu dastanından " Koroğlu ilə Dəli Həsən " , 3B sinfində isə "Düratın itməsi boyu " mütaliə olundu.Mütaliəyə rəhbərlik edən kitabxana müdiri Ülkər Əhmədova bu boylar ətrafında sorğu - sual apardı.Burada məqsəd şagirdlərin dinləmə və qavrama qabiliyyətlərinin aşkara çıxarılması olmuşdur.