BEYNƏLXALQ KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQLARI GÜNÜ

    Kitab bəşər mədəniyyətinin inkişafinda mühüm rol oynayan ən böyük kəşflərdən biridir.Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq YUNESKO 1995 - ci il noyabrın 15 - də Parisdə keçirilən 28 - ci sessiyasında hər il aprel ayının 23 - nü " Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü " elan etmişdir.Ölkəmizdə də bu tarixi gün geniş qeyd olunur.

    Bu məqsədlə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxana müdiri Ülkər Əhmədovanın və ibtidai sinif müəllimi Gülşən Əliyevanın təşkilatçılığı və 4A sinfinin iştirakı ilə Beynəlxalq Kitab və Müəlliflik Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə  məktəbin kitabxana müdiri Ülkər Əhmədova şagirdlərə bu gün haqqında geniş məlumat verdi.Sonra şagirdlər kitaba , mütaliəyə aid şeirlər və tapmacalar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi