6B SİNFİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNƏ HƏSR OLUNMUŞ SİNİF TƏŞKİLAT SAATI

Ulu Öndər Heydər Əliyevin 14 iyulda hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu.Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969 - cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır.
Bununla əlaqədar olaraq , 19.04.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 6B sinfində Mehriban Şəmiyevanın təşkilatçılığı ilə Ulu Öndərin hakimiyyətə gəlişi adlı sinif təşkilat saatı keçirildi.Təşkilat saatında şagirdlər Ümummilli Lider haqqında məlumat verdilər , şeirlər səsləndirdilər.