MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ HƏSR OLUNMUŞ KİTAB SƏRGİSİ

12.04.2023- cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxana müdiri Ülkər Əhmədova foyedə milli-mənəvi dəyərlərimizə həsr olunmuş sərgi təşkil etdi. Sərgidə Azərbaycan folkloru və dastanları, incəsənəti, adət-ənənələri, tarixi və kulinariyasına aid kitablar nümayiş etdirildi. Ülkər Əhmədova şagirdlərə milli-mənəvi dəyərlərimiz və ona həsr olunmuş kitablar barədə geniş məlumat verdi.