ERKƏN NİGAHIN FƏSADLARI

    

  11.04.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98  nömrəli tam orta məktəbdə biologiya müəllimi Şəhla Ramazanova tərəfindən 8A və 8B siniflərində " Reproduktiv sağlamlıq " mövzusunda məşğələ keçirildi.Məşğələnin məqsədi şagirdləri erkən nigahın fəsadları ilə tanış etmək , onlarda ailə və onun funksiyaları ilə bağlı fikir formalaşdırmaqdan ibarətdir.

    Şagirdlərin erkən nigah , xoşbəxt ailə , ailə üzvlərini bir - birinə bağlayan səbəblər  haqqında fikirləri dinlənildi. Erkən nigah zamanı yarana biləcək səbəblər aydınlaşdırıldı.Bunlara nümunə olaraq  şəxsiyyət kimi tam formalaşmamaq , vaxtından əvvəl ağır məsuliyyətlə yüklənmək , dünyaya gələcək uşaqların tərbiyəsində , maddi və mənəvi təminatında çətinliklər  göstərildi. Demək olar ki ,  bütün şagirdlər erkən nigahın düzgün olmadığını  vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi