QARABAĞ MÖVZUSUNDA ƏN YAXŞI DİVAR QƏZETİ TƏQDİMATI

    05.04.2023-cü il tarixində Mərkəzdə dərnək üzvləri arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq, Qarabağ bölgəsinin tarixi, coğrafiyası, fauna və florasının öyrənilməsi məqsədilə "Qarabağ mövzusunda ən yaxşı divar qəzetinin hazırlanması" təqdimatı keçirilmişdir.

    Tədbirdə hər bir dərnək rəhbəri öz dərnək üzvləri ilə birlikdə Qarabağ haqqında divar qəzeti hazırladı və onu təqdim etdi.

    Təqdimatın sonunda ən yaxşı divar qəzeti hazırladığına görə Xətai rayonu 98 nömrəli məktəbdə fəaliyyət göstərən Rövşanə İbrahimovanın  " Ekoloji mədəniyyət " dərnəyinin üzvləri sertifikatla təltif olundular.

    Tədbirdə mərkəz əməkdaşları və dərnək üzvləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi