ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ ESSE MÜSABİQƏSİ

2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023 - cü ilin " Heydər Əliyev ili " elan olunması barədə sərəncam imzalamışdır. Bu sərəncamdan irəli gələrək silsilə tədbirlər həyata keçirilir.
Bu məqsədlə 06.04.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxana müdiri Ülkər Əhmədova " Heydər Əliyev ili " tədbirləri çərçivəsində 5A, 5B. 6A, 7A, 7B siniflərində şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı esse yazdırdı.