"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ "MÖVZUSUNDA REFERAT
2023-cü il Azərbaycan Respublikasında Heydər Əliyev ili elan olunmuşdur. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda referat yazı müsabiqəsi keçirildi. 04.04.2023-cü il tarixində Heydər Əliyev adına liseydə müsabiqənin rayon mərhələsinin qaliblərinin mükafatlandırılması oldu. Məktəbimizin 9A sinif şagirdi H.Ziba yazdığı referatı ilə fərqlənərək diplomla mükafatlandırıldı və növbəti mərhələdə iştirak üçün vəsiqə qazandı.Şagirdimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzu edirik.