ŞAGİRDLƏRİN BURAXILIŞ İMTAHANINA HAZIRLIĞI

İmtahandan əvvəl bütün insanlar stress keçirir.Bu həyacanı kimisi az, kimisi çox keçirir. Bu insanın sinir sistemindən asılıdır. İmtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. Şagirdlərin imtahanda uğur əldə edə bilməməsinin səbəbi öyrəndikləri biliklərin az olması deyil, imtahan qorxusudur. Bu məqsədlə məktəbin psixoloqu Ramilə Teymurova 9A və 9B siniflərində "Şagirdlərin buraxılış imtahanına hazırlığı" mövzusunda seminar keçirir. Seminarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stressi, stressin həyatımıza təsiri və onunla mübarizə yolları barədə şagirdlərə tövsiyyələr verildi və şagirdlərdə imtahan stressinin səviyyəsini müəyyənləşdirmək üçün diaqnostik iş aparıldı.