APREL DÖYÜŞLƏRİ - ZƏFƏR YÜRÜŞÜNÜN İLK ADDIMLARI

04.04.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra şagirdlər aprel döyüşləri haqqında məlumat verdilər , şeirlər söylədilər.Mövzu ilə bağlı videoçarx izlənildi." Şəhid anası " adlı səhnəcik nümayiş olundu.
Sonda məktəbin direktoru Yeganə Məhərrəmovaya və tədbirdə iştirak edən qonaqlara söz verildi.Qeyd edək ki , tədbirdə şəhid ailələri işinin təşkili şöbəsinin müdiri Araz Məmmədov , İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və baş məsləhətçi Mehriban İsrafilova iştirak etdi.