31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

30.03.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev Adına 98 nömrəli tam orta məktəbin kitabxanasında tarix müəllimi Günel Süleymanova və kitabxana müdiri Ülkər Əhmədovanın rəhbərliyi , uşaqlarla məktəbdənkənar və sinifdənxaric direktor müavini Aygün Abdullayevanın və 5B sinfinin iştirakı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı adlı tədbir keçirildi.Tədbir Azərbaycan himninin səslənməsi və soyqırım qurbanlarının ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə Aygün Abdullayeva açdı.Sonra Günel Süleymanova , Ülkər Əhmədova şagirdlərə bu gün haqqında ətraflı məlumat verdilər.
Tədbir şagirdlərin soyqırıma aid şeirləri ilə davam etdi.
Sonda 31 Mart Azərbaycanlıların Soyqırımına aid sənədli film nümayiş etdirildi.