ELİMİZƏ BAHAR GƏLİR

    16.03.2023-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında 4B sinif şagirdlərinin və kitabxana müdiri Ülkər Əhmədovanın səyi nəticəsində yüksək səviyyədə hazırlanan "Elimizə bahar gəlir" adlı tədbirimizdə milli adət-ənənələrimizin göstəricilərindən ibarət tərtibatın təşkili, milli geyimlərimizdə şagirdlərimizin maraqlı çıxışları, Novruz bayramı, səməni haqqında şeirlərin, mahnıların şən ifaları, Novruzun əsas atributları sayılan Keçəl, Kosa və Bahar qızının iştirakı ilə hazırlanan səhnəciklər milli dəyərlərimizə olan hörmətdən və sevgidən xəbər verir. Tədbirimizdə qonaq qismində iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Məmmədova , məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Aygün Abdullayeva , məktəbin psixoloqu Ramilə Teymurova , informatika kabineti üzrə üzrə laborant Fidan Fərzullayeva şagirdləri təbrik etdi.

    Sonda kitabxana müdiri Ülkər Əhmədova iştirakçılara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi