NARKOMANİYAYA YOX DEYƏK

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 06.03.2023 - cü il tarixində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği , onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması , narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə " Narkomaniyaya yox deyək " adlı tədbir təşkil olundu.
Zalda dinləyici qismində 8A və 8B sinif şagirdləri iştirak etdilər.Tədbirdə məktəbin direktoru Yeganə Məhərrəmova , məktəbin psixoloqu Ramilə Teymurova , məktəbin həkimi Aygün Məmmədova və məktəbin kitabxana müdiri Ülkər Əhmədova çıxış etdilər.Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən , narkotik vasitələrdən qorunmağın yollarından danışdılar.Yeniyetmələrə asudə vaxtlarını səmərəli keçirmək ,sağlam həyat tərzini seçmək , idmanla məşğul olmaq və kitab oxumaq tövsiyyə olundu.Daha sonra bir qrup şagirdin iştirakı ilə hazırlanmış " Narkomaniyaya yox deyək " adlı videoçarx nümayiş olundu.