5B SİNFİNDƏ İNSAN HƏYATINDA İDMANIN ROLU, İDMANLA MƏŞĞUL OLMAĞIN FAYDALARI HAQQINDA MƏLUMAT

Bakı şəhəri Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 03.03.2023 - cü il tarixində İdman həftəsi ilə əlaqədar olaraq 5B sinfində " İnsan həyatında idmanın rolu , idmanla məşğul olmağın faydaları " mövzusunda təşkilat saatı keçirildi.Təşkilat saatında şagirdlər idman forması ilə iştirak etdilər.Şagirdlər idmanın müxtəlif növlərinə aid təqdimatlar hazırladılar.Şagirdlərdən İ.Orxan , S.Emil , Ə.Bəkir , M.Nihat idmanın faydaları , onun həyatımızdakı rolu haqqında danışdılar.Şagirdlər sevdikləri idmançıların da adlarını qeyd etməyi unutmadılar.