3A SİNFİNDƏ ŞƏN STARTLAR ESTAFET YARIŞININ KEÇİRİLMƏSİ

02.03.2023 tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə İdman həftəsi ilə bağlı 3A sinif rəhbəri Şəfiqə Qurbanova "Şən startlar" idman müsabiqəsi keçirdi. Şagirdlər iki komandaya bölündülər. Komandalar "Şəfəq" və "Günəş" adlandırıldı. Uşaqlar çox həvəslə bu yarışda iştirak etdilər. "Şəfəq" komandası 3:1 hesabı ilə qalib gəldi. Fəal oyunçulardan N.Esmanur, Ə.Səyyad, S.İnci, U.Fuad, M.Məhəmməd, R.Oktay yarışda fərqləndilər.