ƏN SÜRƏTLİ ŞAGİRD QAÇIŞ YARIŞI

1.03.2023 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə İdman həftəsi ilə bağlı 6A ,8B , 9A , 9B siniflərində " Ən sürətli qaçış " yarışı keçirildi.Yarış iştirakçısı fiziki tərbiyə müəllimi Rəna Rüstəmovanın siqnalından sonra sürətli qaçaraq 10 m məsafədən qoyulan iki taxtadan birini götürür və yenidən 10 m qaçaraq durduğu yerə qayıdır , əlindəki taxtanı yerə qoyur , yenidən sürətlə qaçaraq o biri taxtanı götürüb geri qayıdır , əlindəki taxtanı yerə qoyaraq yarışı tamamlayır.İştirakçılar növbə ilə yarışı yerinə yetirdilər.Sonda ən sürətli qaçan iştirakçılar müəyyən edilir.