3B SİNFİNDƏ SƏHƏR GİMNASTİKASI

28.02.2028 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 3B sinfində şagirdlər ilk dərs saatında səhər gimnastikası ilə məşğul oldular.Əl , çiyin , bədən , ayaq hərəkətləri, tullanma , ayaqlar aralı - əllər beldə , ayaqlar aralı - əllər sinə qarşısında , ayaqlar aralı əllər çiyində, ayaqlar aralı sağ qol yuxarıda- sol qol yanda , qolların aşağı - yuxarı hərəkətlərini etdilər.
Səhər gimnastikası qan dövranı və tənəffüs orqanlarının fəaliyyətini sakitləşdirən hərəkətlərlə başa çatdı.
Şagirdlər gimnastik hərəkətləri həvəslə yerinə yetirdilər.