7A,8A,8B,11A SİNİFLƏRİNDƏ SƏHƏR GİMNASTİKASI

İdman həftəsinə həsr olunmuş tədbirlər planına əsasən 27.02.2023 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Maya Həsənovanın təşkilatçılığı ilə 7A , 8A ,8B ,11A siniflərində səhər gimnastikası keçirildi.Hər sinfə ayrı - ayrılıqda təşkil olunan dərslərdə agirdlər cərgə ilə sıraya düzləndilər.1-2 sayaraq bir sıradan iki cərgə oldular.Bildiyimiz kimi insan orqanizmi 4 hissədən ibarətdir.İlk öncə bədənin baş hissəsi üçün - başın dairəvi hərəkəti , 8 sayda sağa , 8 sayda sola döndərilməsi başın sağa ,sola, geriyə və irəliyə əyilməsi,sonra yuxarı ətraflar üçün hərəkətlər- qolların irəliyə , yuxarı , yanlara və aşağıya hərəkəti , əlləri ,qılçaları bükmədən ayaq pəncələrinə çatdırmaq,bədən , yəni gövdə üçün - oturuş vəziyyətdən irəliyə əyilmə,düzgün duruşdan gövdəni irəli , geri , arxa və yanlara əymək,aşağı ətraflar üçün : əllərlə dayağa istinad edərək tək ayaqla oturub - durma ;sağ ayağı irəli ataraq ayaqların yaylı vəziyyətini almaq ; sol ayağı irəli ataraq hərəkəti təkrar etmək ; iki ayaqla tullanıb - düşmə hərəkəti ; yerində sürətli qaçış və .s hərəkətlər yerinə yetirildi.