4A SİNFİNDƏ SƏHƏR GİMNASTİKASI

Səhər - səhər 10 dəqiqə idmanla məşğul olmaq adamı bütün günü gümrah saxlayır.İnsan yatan zaman bədəni dincəlir, əzələlər boşalır , ürək və ağ ciyərlər yarı gücü ilə işləyir.Orqanizmi oyatmaq üçün səhər gimnastikası ilə məşğul olmaq lazımdır.Qısamüddətli idman damarlarda qanın daha sürətlə axmasına , əzələlərin möhkəmlənməsinə , ağ ciyərlərin daha qüvvətlə tənəffüs etməsinə kömək edir.
4A sinfinin şagirdləri İdman həftəsində ilk dərs səhər gimnastikası ilə məşğul oldular.Əl , çiyin , bədən , ayaq hərəkətləri ,axırda qaçış və tullanma hərəkətləri etdilər.Səhər gimastikası qan dövranı və tənəffüs orqanlarının fəaliyyətini sakitləşdirən hərəkətlərlə başa çatdı.