TARİXİN SOYQIRIMI ZƏNCİRİNDƏ XOCALI FACİƏSİ

    24.02.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə 6A sinfinin rəhbəri Arifə Məmmədova və məktəbdə fəaliyyət göstərən 1nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Rövşanə İbrahimovanın təşkilatçılığı ilə 6A sinfinin Xocalı soyqırımının 31  - ci ilinə həsr edilmiş  " Tarixin soyqırımı zəncirində Xocalı faciəsi " adlı tədbir keçirildi.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Humanitar və İctimai - Siyasi məsələlər üzrə şöbəsinin  müdir müavini Məhəmməd İbrahimov , Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının nümayəndəsi Faiq Qurbanov ,  1nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fərqanə Məmmədova və həmin mərkəzin metodisti Ayna Qasımova qonaq qismində iştirak etdilər.Tədbirdə şagirdlərin ifasında şeirlər ,  mahnılar səsləndirildi ,səhnəciklər və videoçarxlar nümayiş etdirildi.Tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımın 20 - ci  əsrdə azərbaycanlılara qarşı ən böyük soyqırım olduğunu unutdurmamaq , bu qırğını dünyaya tanıtmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi