ƏSRİN FACİƏSİ

22.02.2023 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Teymurova 5B sinfində tarixi yaddaş , qan yaddaşının formalaşması , ülvi və müqəddəs hisslərin şagirdlərə aşılanması istiqamətində Xocalı soyqırımı adlı tədbir keçirmişdi.Tədbir Azərbaycan himni ilə başlandı.Daha sonra Xocalı faciəsində və Vətənin azadlığı və bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə şagirdlərə Xocalı soyqırımının yaratdığı dərin mənəvi - psixoloji sarsıntıların insanlara hələ bundan sonra illər boyu əzab verəcəyi , buna görə də şagirdlərin bu qətliamı heç zaman yaddan çıxartmamalı olduqları tövsiyə olundu.Daha sonra şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər və soyqırımla bağlı çəkilmiş videoçarxı izlədilər.