XX ƏSRİN DƏHŞƏTLİ FACİƏSİ

22.02.2023 -cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 10A sinfində hərbi rəhbər Qabil Məmmədovun rəhbərliyi altında " XX əsrin dəhşətli faciəsi " adlı söhbət keçirildi.Söhbət zamanı Qabil Məmmədov ötən 1992 - ci ildə baş vermiş Xocalı faciəsindən başlayaraq , İkinci Qarabağ müharibəsinə qədər olan tariximizi geniş şəkildə şərh etdi.Xocalının hələ də tam azad olunmadığı , tez bir zamanda onun da geri qaytarılacağı haqqında məlumat verdi.Bu müddət ərzində xalqımızın nece zülmlərə məruz qaldığı ,amma buna baxmayaraq ,öz yurdlarını canı , qanı bahasına , həm informasiya , həm silahlı müharibə apararaq düşməndən azad etdiyini bildirdi.Şagirdləri daim belə mübariz və vətənpərvər olmağa səslədi.