XOCALI- QAN YADDAŞIMIZ

20.02.2023 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Abdullayeva Aygün Yusif qızının, uşaq birliyi təşkilatı rəhbəri Şərifova Məryəm Namət qızının, kitabxana müdiri Əhmədova Ülkərin və 5A sinif şagirdlərinin iştirakı ilə " Xocalı - qan yaddaşımız " adlı tədbir keçirildi.Tədbir Azərbaycan himninin səslənməsi ilə başlandı.Sonra tədbiri açıq elan edən kitabxanaçı Xocalı faciəsi haqqında məlumat verdi.Şagirdlər bu günə həsr olunmuş şeir nümunələri səsləndirdilər.Tədbirdə həmçinin şagirdlər tərəfindən hazırlanmış videoslayd nümayiş etdirildi.Sonda Nəzirə müəllimə şagirdlərə çıxışları üçün təşəkkür etdi və bu faciənin daim yaddaşlarda qalmalı olduğunu və onu unutmamağı şagirdlərə xatırlatdı.